...

Azərbaycanda jurnalistlər üçün xüsusi lüğət çap edilib

Cəmiyyət Materials 29 Mart 2013 12:25 (UTC +04:00)
Azərbaycanda jurnalistika fəaliyyəti ilə bağlı dprd dilli lüğət çapdan çıxıb.
Azərbaycanda jurnalistlər üçün xüsusi lüğət çap edilib

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda jurnalistika fəaliyyəti ilə bağlı terminlər lüğəti çapdan çıxıb. Bunu cümə günü Trend-ə Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, lüğətdə jurnalistika fəaliyyəti ilə bağlı terminlər Azərbaycan, ingilis, rus və türk dillərində öz əksini tapıb.

Sadıqova bildirib ki, hazırda komissiyanın "Terminologiya məsələləri" jurnalının çapı üçün hazırlıq işləri aparılır. Azərbaycan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının müvafiq qərarı olmadan lüğət və sahələr üzrə ensiklopediyalar çap edilə bilməz. Buna görə də artıq bütün lüğətləri hazırlayan tərəflər rəy bildirilməsi üçün onları komissiyaya təqdim edirlər.

Sadıqova bildirib ki, Azərbaycan Tibb Universitetindən "Tibbi terminlər", Milli Aviasiya Akademiyasindan "Loqistika terminləri" lüğəti təqdim edilib. Komissiyaya eyni zamanda neft kimyası ilə bağlı 1200 səhifəlik lüğət də daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti