...

Neftçalada orta əsrlərə aid yaşayış məskəni tapılıb (FOTO)

Cəmiyyət Materials 29 Mart 2013 15:36 (UTC +04:00)
Salyan-Neftçala şosesi yolunun 6-cı km-də, Neftçala rayonunun Pirəppə kəndi yaxınlığında, Kür çayının sol sahilində XIII əsrin sonu - XIV əsrin əvvəllərinə aid yaşayış məskəni aşkar edilib.
Neftçalada orta əsrlərə aid yaşayış məskəni tapılıb (FOTO)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/

Salyan-Neftçala şosesi yolunun 6-cı km-də, Neftçala rayonunun Pirəppə kəndi yaxınlığında, Kür çayının sol sahilində XIII əsrin sonu - XIV əsrin əvvəllərinə aid yaşayış məskəni aşkar edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix ürzə fəlsəfə doktoru Anar Ağalarzadə cümə günü Trend-ə bildirib ki, yaşayış məskəni təxminən 0,5 ha ərazini əhatə etməklə 1-1,5 m qalınlığında mədəni təbəqəyə malikdir.

"Təəssüf ki, abidənin cənub-qərb tərəfdən böyük bir hissəsi Kür çayının qolu keçən hissənin altında qalıb dağılır. Yerli sakinlərin məlumatına görə, yay aylarında çayın səviyyəsinin kəskin şəkildə aşağı enməsi ilə abidənin çoxlu sayda arxeoloji materialları üzə çıxır", - arxeoloq əlavə edib.

O qeyd edib ki, yaşayış yerinin mədəni təbəqəsində bişmiş kərpic qalıqları, ocaq qalıqları, şirli və şirsiz saxsı məmulat, şüşə məmulat, osteoloji (heyvan) sümükləri və s. aşkar edilib. Şirsiz saxsı məmulat qum tərkibli gildən zəif bişirilmiş, qonur və boz-qonur rəngli saxsı qazanlardan, şirli saxsı məmulat isə polixrom naxışlı, anqoblu vaza, boşqab və kasa tipli qablardan ibarətdir. Şüşə məmulat içərisində göy rəngli, burma üsulunda hazırlanmış qolbaqlar üstünlük təşkil edir.

Müqayisəli təhlillər əsasında abidəni XIII əsrin sonu - bütünlüklə XIV əsrə aid etmək olar. Lakin daha dəqiq nəticələr aparılacaq arxeoloji qazıntılardan sonra məlum ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti