Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İsabalayeva/
Hesablama Palatasının Kollegiya iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci ildə fəaliyyəti haqqında hesabat" geniş müzakirə olunaraq təsdiq edilib və hesabatın Milli Məclisdə müzakirə üçün təqdim olunması qərara alınıb. Bu barədə Trend Palatanın rəsmi saytına istinadən məlumat verir.
İclasda, həmçinin dövlət büdcəsindən Təhsil Nazirliyinə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na ayrılan vəsaitlərin istifadəsinin auditinin nəticəsi üzrə rəy və hesabat da müzakirə olunaraq təsdiq olunub, nəzarət tədbirinin nəticəsi barədə Milli Məclisə məlumatın təqdim edilməsi qərara alınıb.