Azərbaycan, Bakı, 30 mart /Trend/
İstanbul-Yerevan aviareysinin dayandırılmasının səbəbi açıqlanıb. Trend-in məlumatına görə, Türkiyənin "Hürriyyət" qəzeti İstanbul-Yerevan aviareysinin dayandırılmasının əsas səbəbini uçuşları həyata keçirən "Armavia" şirkətinin müflis olması ilə əlaqələndirib.
Bu gün Ermənistan KİV məlumat yayıb ki, Türkiyənin Mülki Aviasiya Baş İdarəsi aprelin 1-dən İstanbul-Yerevan-İstanbul birbaşa reysinin yerinə yetirilməsini dayandırır. Türkiyə Milli Aviasıya İdarədən Trend-ə bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.
Türkiyə Mülki Aviasiya Baş İdarəsi martın 29-da Van-Yerevan-Van birbaşa reysinin həyata keçirilməsini də "dondurub". Türkiyənin "Bora Jet" aviaşirkəti apreldə Van-Yerevan marşrutu üzrə reyslərin reallaşdırılmasını planlaşdırırdı.
Qeyd edək ki, "Armavia" şirkəti aprel ayının 1-dən uçuşları dayandırmaq və müflisləşmə prosesinə başlamaq haqqında qərar qəbul edib.