...

Terminologiya Komissiyası: Dilimizə yeni daxil olan terminlərin qarşılığı müəyyənləşdirilərkən son qərar mütəxəssislərindir

Cəmiyyət Materials 16 Aprel 2013 12:40 (UTC +04:00)
Azərbaycan dilinə yeni daxil olan terminlərin qarşılığı müəyyənləşdirilərkən son qərarı mütəxəssislər verirlər.
Terminologiya Komissiyası: Dilimizə yeni daxil olan terminlərin qarşılığı müəyyənləşdirilərkən son qərar mütəxəssislərindir

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan dilinə yeni daxil olan terminlərin qarşılığı müəyyənləşdirilərkən son qərarı mütəxəssislər verirlər. Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, Azərbaycan dilində qarşılığının tapılması ilə bağlı müzakirələrə daha cox səbəb olan terminlər ən cox informasiya texnologiyaları sahəsində aiddir. Azərbaycanda bu sahə yeni formalaşdığına görə terminlər müxtəlif şəkildə işlədilir.

"Texnikanın inkişafı ilə bağlı yeni-yeni terminlər yaranır. Onların da Azərbaycan dilində qarşılığı həmişə müzakirə olunacaq və çap ediləcək"- komissiyanın sədr müavini əlavə edib.

O bildirib ki, bütün terminlər müzakirə olunarkən sonda onlarla bağlı ortaq məxrəcə gəlinir. Bəzən isə terminlərin qarşılığı fərqli varinatlarda verilir. Onlardan hansı dilimizdə daha cox işlək olarsa, həmin termin standart şəklində lüğətə daxil edilir.

Sadıqova qeyd edib ki, dilimizə yeni daxil olan terminlərin Azərbaycan dilində qarşılığının tapılması istiqamətində işlər mütəmadi olaraq aparılır. Mütəxəssislər tərəfindən qəbul edilmiş terminlərin siyahısı "Terminologiya məsələləri" bülletenində öz əksini tapır. Burada hər dəfə təxminən 20-30 termin qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti