...

Budapeştdə "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2013 16:58
Budapeştdə təşkil olunan 20-ci beynəlxalq kitab sərgisi çərçivəsində aprelin 21-də "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin (45 cildlik) təqdimat mərasimi keçirilib.
Budapeştdə "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin təqdimatı keçirilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Budapeştdə təşkil olunan 20-ci beynəlxalq kitab sərgisi çərçivəsində aprelin 21-də "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin (45 cildlik) təqdimat mərasimi keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ulu öndərin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirdə Budapeştdə təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan diasporunun üzvləri, bir sıra tanınmış türkoloq və azərbaycanşünas alimlər, Macarıstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev müstəqil dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində Heydər Əliyev şəxsiyyətinin və irsinin əhəmiyyətindən danışıb.

"Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin nəşr olunduğu "Azərnəşr" nəşriyyatının direktoru Azər Mustafazadə son cildi bir neçə gün əvvəl oxuculara təqdim edilən külliyyatın dövlətçilik həyatında rolu və yeri məsələsinə toxunub, Heydər Əliyevin güclü və müstəqil dövlət qurduğunu, eyni zamanda, onun gələcək inkişaf yollarını göstərən zəngin elmi-nəzəri irs qoyub getdiyini vurğulayıb.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli son illərdə müasir Azərbaycanın kitab çapı və nəşriyyat işi sahəsində qazandığı uğurlardan danışıb. O, ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün istiqamətləri kimi, bu sahənin də ulu öndərin vaxtı ilə ortaya qoyduğu tövsiyələr əsasında inkişaf etdiyini, müstəqillik illərində Azərbaycanda güclü poliqrafik baza yarandığını və düşünülmüş çap siyasətinin həyata keçirildiyini bildirib.

Macarıstanda doğulan, əsərlərini macar dilində qələmə alan gənc şair Rüstəm Əmirli Azərbaycana həsr etdiyi şeri oxuyub.

Maraqlı keçən tədbirdə Heydər Əliyevin əsərlərindən və ona həsr olunmuş kitablardan ibarət ekspozisiya nümayiş etdirilib.

Aprelin 21-də Azərbaycan poliqrafçıları üçün uğurla başa çatan 20-ci Budapeşt kitab sərgisinin bağlanış mərasimi keçirilib. Növbəti sərginin gələn ilin aprelində keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti