...

Gələn aydan Azərbaycanda dövlət dilinin pozulması hallarını araşdırmaq üçün monitorinqlərə başlanacaq

Cəmiyyət Materials 24 Aprel 2013 15:37 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, may ayından ölkədə dövlət dilinin normalarının pozulması hallarını araşdırmaq üçün genişmiqyaslı monitorinqlərə başlayacaq.
Gələn aydan Azərbaycanda dövlət dilinin pozulması hallarını araşdırmaq üçün monitorinqlərə başlanacaq

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, may ayından ölkədə dövlət dilinin normalarının pozulması hallarını araşdırmaq üçün genişmiqyaslı monitorinqlərə başlayacaq. Trend-in məlumatına görə, bunu Dilçilik İnstitutunun direktoru əvəzi Fəxrəddin Veysəlli çərşənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, monitorinqlər əvvəlcə televiziya və radio verilişlərində aparılacaq. Bunun üçün verilişlər lentə yazılaraq köçürüləcək, daha sonra təhlil ediləcək. Yekun rəy verilişlərin rəhbərləri və aparıcıları ilə birgə müzakirə olunacaq.

Veysəlli deyib ki, monitorinqin aparılması üçün monitorinq qrupu yaradılacaq. Artıq monitorinqin aparılması üçün bir sıra avadanlıqlar - diktofonlar, kameralar alınıb. Monitorinqin nəticələri tövsiyə xarakterli olacaq. Monitorinq nəticəsində dil qaydalarını pozmayan işçilərə sertifikatlar veriləcək.

Veysəllinin sözlərinə görə, Azərbaycan danışıq dilinin tənzimlənməsi ilə bağlı vahid normativ sənəd hazırlanacaq və Milli Məclisə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti