...

Day.Az Media Şirkəti "Uğur" Milli Mükafatına layiq görülüb (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2013 17:13 (UTC +04:00)
Day.Az Media Şirkəti ötən il fəaliyyətində əldə etdiyi nailiyyətlərinə görə mötəbər "Uğur" Milli Mükafatına layiq görülüb.
Day.Az Media Şirkəti "Uğur" Milli Mükafatına layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Day.Az Media Şirkəti ötən il fəaliyyətində əldə etdiyi nailiyyətlərinə görə mötəbər "Uğur" Milli Mükafatına layiq görülüb.

"Jumeirah Bilgah Beach Hotel"də hər il təşkil olunan iqtisadiyyat və biznes sahəsində "Uğur" Milli Mükafatının növbəti, sayca 13-cü təqdimetmə mərasimi keçirilib. 2012-ci ilin nəticələrinə görə, 32 yerli və xarici şirkət mükafatın laureatı elan edilib. Müxtəlif nominasiyalarda milli iqtisadiyyat və biznesin möhkəmləndirilməsi və inkişafında əhəmiyyətli rol oynamış şirkətlər mükafata layiq görülüb.

Xatırladaq ki, "Uğur" Milli Mükafatı "Consulting&Business" jurnalı tərəfindən 2000-ci ildə təsis olunub. Cari ildə nüfuzlu mükafatın həmtəşkilatçıları Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) olublar.

Təqdimetmə mərasimində çıxış edən təşkilat komitəsinin sədri İbrahim Baharov qeyd edib ki, "Uğur" Milli Mükafatının əsas məqsədi özündə yüksək effektivliyi, sabit inkişaf və sosial məsuliyyəti ehtiva edən şirkətlərin nailiyyətlərini vurğulamaqdır. "Mükafatın laureatları - ictimaiyyətdə nüfuz və etimad qazanmış şirkətlərdir. Onlar uzun illər ərzində uğurlu fəaliyyətləri ilə öz sahələrində lider olduqlarını sübut ediblər. Biz onların uğur və nailiyyətlərini öz qələbəmiz kimi qiymətləndiririk", - Baharov bildirib.

"İlin internet şirkəti" nominasiyasında Day.Az Media Şirkəti qalib elan edilib və "Uğur" Milli Mükafatı ilə təltif olunub.

Day.Az Media Şirkəti çoxsaylı internet resurslarını birləşdirir. Şirkətin Azərbaycan, rus, ingilis dillərində Day.az, Milli.az, Today.az internet portalları, radiosu, elektron poçt xidməti, sosial şəbəkəsi, foto, video, filmlər, musiqi saytları fəaliyyət göstərir. Day.az saytı istifadəçilərinə 20-dən çox xidmət təklif edən və aylıq 1,8 milyon unikal istifadəçi ziyarətinə sahib olan Azərbaycanın ən böyük internet portalıdır.

Azərbaycanda ən çox ziyarət edilən internet media olan Day.Az yeni layihələrini istifadəyə verib. Bunlardan biri Rusiyada internet-rekrutment bazarında lider olan "HeadHunter" şirkəti ilə birgə yaradılan iş və personal üzrə axtarış portalı olan Jobs.Day.Az saytıdır. Jobs.Day.Az Azərbaycanda şirkətlərə, sahibkarlara tez və effektiv şəkildə işçi, iş axtaranlara isə arzuladıqları işi tapmaq imkanı verəcək. Bu il əldə olunan böyük nailiyyətlərdən biri də dünyaca məşhur Opera brauzeri ilə əməkdaşlığın başlanması oldu. Opera Day.Az portalını ən nüfuzlu internet-resurslar sırasına daxil etdi. Artıq Day.Az Opera-nın azərbaycanlı istifadəçilər üçün ilkin seçilmişlər siyahısına daxildir. Rusiyanın nəhəng Yandex.ru axtarış sisteminin Cənubi Qafqazın xəbər saytlarının reytinqində Day.Az portalı liderdir.

Day.Az Media Şirkəti portallarının xəbər məzmununu genişləndirməyi, daha maraqlı etməyi, axtarışın optimallaşdırılmasını yaxşılaşdırmağı, sosial şəbəkələrdən aktiv istifadəni planlaşdırır. Kifayət qədər dinamik inkşaf edən Day.az, Milli.az və Today.az saytlarının texniki və marketinq inkişafını gücləndirməyi nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti