...

Səhiyyə Nazirliyi dondurma və alkoqolsuz içkilərin təhlükəsizlik göstəricilərini araşdıracaq

Cəmiyyət Materials 3 May 2013 12:05 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi mayın sonundan dondurmaların və alkoqolsuz içkilərin təhlükəsizlik göstəricilərini araşdırmaq məqsədilə ticarət obyektlərində yoxlamalara başlayacaq.
Səhiyyə Nazirliyi dondurma və alkoqolsuz içkilərin təhlükəsizlik göstəricilərini araşdıracaq

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi mayın sonundan dondurmaların və alkoqolsuz içkilərin təhlükəsizlik göstəricilərini araşdırmaq məqsədilə ticarət obyektlərində yoxlamalara başlayacaq.

Bunu cümə günü Trend-ə mərkəzin Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, bir qayda olaraq mərkəz tərəfindən ilboyu bütün məhsulların təhlükəsizlik göstəriciləri yoxlanılır. Ancaq yay aylarında əhalinin dondurma və alkoqolsuz ickilərə təlabatının artdığını nəzərə alaraq, bu sahə üzrə yoxlamalar uzun müddət, yəni sentyabrın sonunadək aparılacaq. Yoxlamalar zamanı ölkəyə xaricdən gətirilən dondurmaların da təhlükəsizlik göstəriciləri araşdırılacaq.

Mərkəz rəsmisinin sözlərinə görə, soyuducuda olsa belə, dondurmalar açıq havada istənilən yerdə satıla bilməz. "Yeyinti məhsulları haqqında" qanuna əsasən, bu yerlər müvafiq icra orqanları tərəfindən müəyyənləşdirilməlidir.

"Dondurmalar açıq havada soyuducunun içində satılarsa, onun üzərinə birbaşa günəş şüaları düşməli deyil. Çünki dondurma mənfi 16 - müsbət 2 dərəcə temperaturda saxlanılmalıdır. Amma günəş şüası soyuducunun üzərindəki şüşələrin üzərinə düşdükdə artıq dondurmaların saxlanılması üçün lazımi şərait yaranmır. Buna görə də dondurmalar açıq havada da kölgədə satılmalıdır", - Abdullayev deyib.

O bildirib ki, yalnız iaşə müəssisələrində satılan yumşaq dondurmalar mənfi 6-8-10 dərəcədə saxlanılmalıdır.

Abdullayevin sözlərinə görə, indiyədək aparılan yoxlamalar zamanı ölkədə satılan dondurmaların təhlükəsizlik parametrləri ilə bağlı və dondurma istehsal edən müəssisələrdə problemlər aşkarlanmayıb.

O deyib ki, alkoqolsuz içkilərin təhlükəsizlik göstəriciləri ilə bağlı əvvəlki illərdə problemlər olsa da, son 2 il ərzində bu sahədə vəziyyət yaxşılaşıb. Ancaq yeni müasir müəssisələrin istifadəyə verilməsi nəticəsində bu problemlər həll edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti