Azərbaycan, Bakı, 3 may /Trend, müxbir İ.İsabalayeva/
Mayın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində ənənəvi VIII "Məzun - 2013" ümumrespublika yarmarkası keçiriləcək.
Universitetdən cümə günü Trend-ə verilən məlumata görə, yarmarka Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.
Yarmarkada 95-dən çox dövlət qurumları, yerli və xarici şirkətlər 800-dən artıq vakant iş yeri təqdim edəcək. Yarmarkada tələbələr və təhsil müəssisələrinin məzunları iştirak edə bilərlər.