...

Dilçilik İnstitutunun direktoru: Yaxın vaxtlarda struktur dəyişikliyinin aparılmasına başlamaq nəzərdə tutulur

Cəmiyyət Materials 6 May 2013 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda yaxın vaxtlarda struktur dəyişikliyinin aparılmasına başlamaq nəzərdə tutulur.

İnstitutun direktor əvəzi Fəxrəddin Veysəlli bildirib ki, bu məsələnin may ayı ərzində öz həllini tapacağı gözlənilir. Artıq institutda aparılacaq struktur dəyişikliyinin müəyyən modeli hazırlanıb. AMEA-nın Rəyasət Heyəti bu modeli qəbul etdikdən sonra onların icrasına başlanacaq. İnstitutda struktur dəyişikliyinin aparılması məsələsi "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda da öz əksini tapıb.

Struktur dəyişikliyi ilə əlaqədar müəyyən dəyişikliklərin gözlənildiyini deyən Veysəlli bildirib ki, dövlət proqramına əsasən, dövlət dilindən istifadəyə nəzarət mexanizmi yaradılmalıdır

"Ola bilsin ki, bunun üçün institutun nəzdində ayrıca qurum yaradılsın. Eyni zamanda, "qaynar xətt"in yaradılması təklifi də var. Hansısa vətəndaş hər hansı dil pozuntusu halları ilə rastlaşdıqda "qaynar xətt"ə müraciət edə bilər. RH bunlardan hansını qəbul etsə, o da icra ediləcək".

Veysəlli deyib ki, mayın ikinci yarısından dövlət dilinin işlənməsinə nəzarət məqsədilə monitorinqlərə başlanacaq. Artıq monitorinqin aparılması üçün bir sıra avadanlıqlar - diktofonlar, kameralar alınıb. Monitorinqin nəticələri tövsiyə xarakterli olacaq. Monitorinq nəticəsində dil qaydalarını pozmayan işçilərə sertifikatlar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti