...

Azərbaycanın turizm müəssisələrində monitorinqlərə başlanılıb

Cəmiyyət Materials 15 May 2013 14:20 (UTC +04:00)
Azərbaycanda yay turizm mövsümünə hazırlıq məqsədilə bölgələlərdəki turizm xidməti göstərən müəssisələrdə monitorinqlərə başlanılıb.
Azərbaycanın turizm müəssisələrində monitorinqlərə başlanılıb

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Turizm Assosiasiyası və Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümünə hazırlıq məqsədilə bölgələlərdəki turizm xidməti göstərən müəssisələrdə monitorinqlərə başlayıb.

Azərbaycan Turizm Assosiasiyasınlın sədri (AzTA) Nahid Bağırov çərşənbə günü Trend-ə bildirib ki, monitorinq zamanı turizm şirkətlərinin göstərdiyi xidmətlərin keyfiyyəti yoxlanılır. Eyni zamanda, turizm şirkətləri yaradılan dempinq, yəni qiymətlərin süni şəkildə endirilməsi problemi araşdırılır.

Dempinqi turizm sahəsi üçün çox ciddi problem sayan AzTA sədri bildirib ki, hansısa şirkətin belə bir problem yaratdığı üzə çıxan kimi bu barədə ictimaiyyətə dərhal məlumat veriləcək:

"Dempinqi edən şirkətlər əsasən, yeni turizm şirkətləri olur. Bu işi tam bilməyən şirkətlər müştərini dempinqlə çəlb edirlər".

N.Bağırovun sözlərinə görə, monitorinq ölkənin bütün regionlarını əhatə edir. Monitorinq zamanı nöqsanların aşkarlandığı turizm müəssisələrinə məlumat verilib. Monitorinqin ilkin nəticələrinə əsasən isə bu il turizm xidmətləri göstərən müəssisəsələrdə elə də ciddi nöqsanlar aşkarlanmayıb. İndiyədək turizm müəssisələri tərəfindən qiymətlərin artırılması hallarına da rast gəlinməyib.

Assosiasiya sədri qeyd edib ki, turizm müəssisələrinin fəaliyyətindəki əsas çatışmazlıqlar turistlərin əsas axını başladıqdan sonra, yəni iyundan başlayaraq daha aydın şəkildə üzə çıxacaq.

N.Bağırov yay turizm mövsümünün iyunun ortalarından, getmə turizminin isə mayın sonlarından başlayacağının gözlənildiyini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti