Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda alimlər üçün xüsusi mükafat təsis olunacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə deyib. Hazırda bu istiqamətdə iş aparılldığını deyən fond rəsmisi onu da əlavə edib ki, mükafat YUNESKO üzrə Azərbaycan Milli Komissiyası ilə birgə təsis edilə bilər.
O, bu il mayın 10-da YUNESKO üzrə Azərbaycan Milli Komissiyası ilə birlikdə alimlər üçün "2-ci Şuşa qrantı" müsabiqəsi elan olunduğunu bildirib.
"1-ci Şuşa qrantı" müsabiqə çərçivəsində 4 layihənin uğurla yerinə yetirildiyini deyən E.Babayev onlardan 2-nin təqdimatının ölkədən kənarda keçirməyə hazırlaşdıqlarını bildirib:
"Bu səbəbdən biz artıq "2-ci Şuşa qrantı"nın əhatə dairəsini də geniləndirdik. Hesab edirik ki, "2-ci Şuşa qrantı" müsabiqəsinə daha çox layihələr üzrə müraciətlər olacaq.
Yəqin ki, bu dəfəki mövzular sırasında ənənəvi ictimai-humanitar mövzulardan kənaraçıxmalar da olacaq. Biz tibb sahəsi üzrə müəyyən layihələr gözləyirik. Hesab edirik ki, qaçqın və məcburi köçkünlərin müəyyən reproduktiv sağlamlıq məsələləri, onlar arasında psixoloji durum və bu kimi digər məsələlər "Şuşa qrantı"nda öz əksini tapacaq".
Müəyyən elm müəssisələri özəlləşdirilsə, elmi nəticələrin kommersiyalaşdırılması, onların maliyyə gətirməsi məsələsində artıq addım ola bilər:
"Uğrulu elmi tədiqatları olmayan elmi müəssisələrin özəlləşdirilməsi təklifinə münasibətim müsbətdir. Ucdantutma deyil, müəyyən elmi müəssisələr özəlləşdirilsə, elmi nəticələrin kommersiyalaşdırılması, onlaerın maliyyə gətirməsi məsələsində artıq addım ola bilər. Bu məsələyə də addəm-addım getmək olar. Baxmaq olar ki, ikin nəticələr nədir. Ondan sonra ümumi şəkildə dünya praktikasında istifadə olunan məsələlərə keçmək olar. Ümumilikdə "Elm haqqında" qanunun qəbulu ölkədə elm sahəsində çox müsbət dəyişikliklərə gətirib çıxarmalıdır".
Azərbaycanda alimlər üçün xüsusi mükafat təsis olunacaq
Azərbaycanda alimlər üçün xüsusi mükafat təsis olunacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə deyib.