Azərbaycan, Bakı, 21 may /Trend, müxbir H.Vəliyev/
Mayın 20-də qabiliyyət imtahaları üçün sənədlərin qəbulu başa çatıb. Bununla əlaqədar müxtəlif komissiyalar və ixtisaslar üzrə 5472 nəfər qeydiyyatdan keçib. Ən çox sənəd qəbulu bədən tərbiyyəsi və idman ixtisası üzrə (4056 nəfər) qeydə alınıb.Trend xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Mələykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
Komissiya sədri qeyd edb ki, qəbul imtahanlarına hazırlıq məqsədi ilə aprelin 7-dən etibarən sınaq ölkənin 56 bölqəsində sınaq imtahanları keçirilir:
"Bu sinaq imtahanlarında indiyədək 150 min nəfərdən çox abituriyent iştirak edib. Mayın 26-da keçiriləcək sonuncu sınaq imtahanında iştirak etmək üçün 40524 nəfər qeydiyyatdan keçib. Beləliklə sınaq imtahanlarında cəmi bu mövsumda 194904 nəfər iştirak edəcək".
Keçırılən sınaq imtahanın birinci günə olan nəticələrinə görə, imtahanda təxminən 40 min nəfər şəxs iştirak edib. Lakin imtahanlar üçün 100 min nəfər sənəd verib:
"Bu o deməkdir ki, abituriyentlərin imtahana daha ciddi yanaşan hissəsi sınaq imtahanına gəlir. Bu nəticələr də göstərir ki, hətta imtahan haqqında fikirləşən, imtahana hazırlaşan uşaqların arasında aşağı nəticə göstərən abituriyentlərin sayı çoxdur."
Onun sözlərinə görə, məsələn, birinci qrupun imtahanlarının orta nəticəsi 193 bal təşkil edirsə və burada 17527 nəfər əsas imtahanlarda iştirak edibsə, bu o deməkdir ki, onların 50 faizi, yəni təxminən 8,5 min nəfəri 193 baldan aşağı nəticə göstərib. 100 baldan aşağı məticə göstərənlərin sayı isə təxminən 17 faiz təşkil edir.
İkinci qrup üzrə orta nəticə 239 bal təşkil edir. Bu qrup üzrə sınaq imtahanında 15621 nəfər iştirak edibsə, onların 50 faizi 239 baldan, 44 faizi isə 200 baldan aşagı nəticə göstərib.
Üçüncü qrup üzrə 15596 nəfər iştirak edib. Burada da orta nəticə 259 bal təşkil edir. Onlardan 50 faizdən çoxu 259 baldan aşağı nəticə göstərib, 200 baldan aşağı nəticə göstərənlər isə təqribən 33 faizdir.
Dördüncü qrupda 5,5 min nəfər iştirak edib. Burada orta göstərici 248 baş olub və 500 baldan yuxarı nəticə göstərənlərin sayı kifayət qədər var.