Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İsabalayeva/
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Türkiyənin milli təhsil naziri Nəbi Avçı mayın 22-də Bakıda birgə bəyanat veriblər.
Trend-in məlumatına görə, bəyanatda bildirilir ki, hər iki nazir görüşdə ilk dəfə olaraq, bir araya gələrək təhsil sahəsində iki ölkə arasında əməkdaşlıq məsələsini müzakirə ediblər.
Görüşdə nazirlər iki ölkənin təhsil sahəsində bu günə qədər hərtərəfli şəkildə həyata keçirdiyi əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı razılığa gəliblər.
Bu çərçivədə nazirlər müştərək iradələrini irəli sürərək təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin davam edilməsinə və konkret layihələrin həyata keçrilməsinin səmərəli olacağına inandıqlarını bildiriblər.
Nazirlər təhsil sahəsindəki əlaqələrin institusiyonal strukturunu daha da gücləndirmək məqsədilə "Təhsil Sahəsində Əməkdaşlıq Haqqında Saziş" üzrə danışıqlar prosesini sürətləndirilməsi istiqamətində razılığa gəliblər.