...

Elşad İskəndərov Gəncədə vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 24 May 2013 16:06 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Gəncədə vətəndaşları qəbul edib.
Elşad İskəndərov Gəncədə vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Gəncədə vətəndaşları qəbul edib.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Aqrar Univeristetinin binasında keçirilən qəbulda Gəncə şəhəri, Goranboy, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından 25 nəfər vətəndaş iştirak edib. Vətəndaşları narahat edən problemlər dinlənilib, təkliflər barədə birgə fikir mübadiləsi aparılıb.

Görüş zamanı Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu məsələlərin tezliklə həll olunacağını qeyd edib.

Görüşün sonunda edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti