...

Azərbaycanda "Elektron hökumət" portalının mobil versiyası təqdim olunub

Cəmiyyət Materials 27 May 2013 13:10 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" (www.e-gov.az/mini/)portalının mobil versiyasını təqdim edib.
Azərbaycanda "Elektron hökumət" portalının mobil versiyası təqdim olunub

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" (www.e-gov.az/mini/) portalının mobil versiyasını təqdim edib. Trend-in məlumatına görə, bu barədə MHM-in bazar ertəsi yaydığı məlumatda bildirilir.

Məlumata əsasən, mobil versiya xüsusi olaraq portativ qurğular üçün optimallaşdırılıb. Bu da baxma rahatlığını təmin edir, həmçinin internet trafikə qənaət olunmasını səbəb olur.

Saytın səhifələrində qeydiyyatdan keçmək, dövlət strukturlarının elektron xidmətləri ilə tanış olmaq, elektron imza əldə etmək üçün müraciət göndərmək, statistik məlumatları öyrənmək və digər məlumatlar əldə etmək olar.

Qeyd edək ki, "Elektron hökumət" dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. "E-hökumət" vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsi deməkdir. Burada dövlət xidmətləri vətəndaşa ən asan, ən qısa zaman ərzində çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti