Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/
Bir çox hallarda tarix qərəzli şəkildə təhrif edilir. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov cümə axşamı Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Tarixin tədrisi vasitəsilə Mədəniyyətlərarası Dialoq: ən yaxşı təcrübələr və çətinliklər" mövzusunda panel iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bütün bəşər tarixində tarix fənninin tədrisi zamanı birtərəfli qaydada təhrif edilmə adi hal alıb: "Təəssüflər olsun ki, bizim regionda da belə hallar istisna deyil. Bütün bu məsələlərin əksəriyyəti sivilizasiyalararası dialoq məsələsini gündəmə gətirir".
Cabbarovun sözlərinə görə, tarix xalqlar arasında körpüləri birləşdirməli, maneələr yaratmamalıdır: "Tarix fənninin gözəl, düzgün tədrisi üçün gəncləri bu prosesə cəlb etməliyik, bu işə daha maraqla yanaşmalıyıq".