...

Pirallahı məktəblərində "Son zəng" (FOTO)

Cəmiyyət Materials 1 İyun 2013 10:28 (UTC +04:00)
Mayın 31-də ölkəmizin hər guşəsində olduğu kimi Pirallahı rayonunun orta məktəblərində də “Son zəng” tədbirləri keçirildi.
Pirallahı məktəblərində "Son zəng" (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Mayın 31-də ölkəmizin hər guşəsində olduğu kimi Pirallahı rayonunun orta məktəblərində də "Son zəng" tədbirləri keçirildi. Trend xəbər verir ki, Pirallahı Rayon İcra Hakamiyyəti Aparatının məsul əməkdaşları məzunlara orta məktəbin buraxılış və ali məktəblərin qəbul imtahanlarında müvəffəqiyyətlər arzuladılar.

2012-2013-cü tədris ilində Pirallahı rayonunun 5 ümumtəhsil orta məktəbi üzrə 133 nəfər XI sinfi bitirir. 5 məktəb üzrə 160 şagird IX siniflərin buraxılış imtahanlarında iştirak edəcək.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşı İlqar Məmmədli Pirallahıda gedən quruculuq işlərini, yeni-yeni məktəb binalarının, uşaq bağçalarının inşa olunmasını və onların hər cür avadanlıqla təmin edilməsini Prezident İlham Əliyevin qayğısı kimi dəyərləndirdi.

"Son zəng"də təhsildə və müxtəlif tədbirlərdə fərqlənən müəllim və şagirdlər Fəxri fərman və diplomlarla təltif edildilər.

Pirallahıda "Son zəng" tədbirləri axşam saat 18.00-dan sonra "Gənclər parkı"nda təşkil edilmiş bayram gəzintisi ilə davam etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti