...

ABŞ-ın Olimpiya Komitəsinin sabiq direktoru Bakıda keçiriləcək I Avropa Oyunlarına rəhbərlik edəcək

Cəmiyyət Materials 1 İyun 2013 12:38 (UTC +04:00)
ABŞ-ın Olimpiya Komitəsinin sabiq direktoru Cim Şerr 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının baş əməliyyat direktoru təyin edilib. Bu barədə Trend "Associated Press"ə istinadən məlumat verir.
ABŞ-ın Olimpiya Komitəsinin sabiq direktoru Bakıda keçiriləcək I Avropa Oyunlarına rəhbərlik edəcək

Azərbaycan, Bakı, 1 iyun/Trend, müxbir A. Axundov/

ABŞ-ın Olimpiya Komitəsinin sabiq direktoru Cim Şerr 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının baş əməliyyat direktoru təyin edilib. Bu barədə Trend "Associated Press"ə istinadən məlumat verir.

Məlumata görə, Şerr yeni vəzifəyə keçmək üçün Milli Tələbə İdman Assosiasiyası yanında fəaliyyət göstərən ABŞ Milli Xokkey Konferensiyasının rəhbəri vəzifəsindən istefa verib.

Şerr daha əvvəl ABŞ Olimpiya Komitəsinə, 2004-cü ildə Afinada, 2006-cı ildə Turində, 2008-ci ildə isə Pekində Olimpiya Oyunlarında ABŞ-ın nümayəndə heyətinə başçılıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti