Azərbaycan, Bakı, 3 iyun /Trend/
Trend İnformasiya Agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 22 iyul 2010-cu il tarixli sərəncamı əsasında jurnalistlər üçün tikilmiş binada mənzillə təmin olunmaları üçün təmsilçilərini müəyyənləşdirib.
Namizədlərin müəyyənləşdirilməsi üçün bazar ertəsi Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin və Trend İnformasiya Agentliyinin kollektivinin iştirakı ilə iclas keçirilib, müvafiq qərarlar qəbul edilib.
Şirkətin 3 namizədinin siyahısı lazımi sənədlərlə birlikdə yaxın günlərdə Mətbuat Şurasına təqdim olunacaq.
Trend jurnalistlər üçün tikilmiş binada mənzillə təmin olunmaları üçün təmsilçilərini müəyyənləşdirib