...

Konstitusiya Məhkəməsi "Dini etiqad azadlığı haqqında" qanuna şərh verəcək

Cəmiyyət Materials 4 İyun 2013 15:54 (UTC +04:00)
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məhkəmə müraciətində "Dini etiqad azadlığı haqqında" qanunun 22-ci maddəsinin 2-ci hissəsinin şərh olunmasını istəyib.
Konstitusiya Məhkəməsi "Dini etiqad azadlığı haqqında" qanuna şərh verəcək

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi Konstitusiya Məhkəməsinə (KM) sorğu ilə müraciət edib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məhkəmə müraciətində "Dini etiqad azadlığı haqqında" qanunun 22-ci maddəsinin 2-ci hissəsinin şərh olunmasını istəyib.

Belə ki, həmin maddədə qeyd olunur ki, dini ədəbiyyatın Azərbaycana gətirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) razılığı lazımdır.

2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi həmin razılığın inzibati akt hesab olunub-olunmaması barədə Konstitusiya Məhkəməsindən qanunun 22-ci maddəsinin 2-ci hissəsinə şərh verməsini xahiş edib.

Müraciətə KM-in Plenumunun iclasında baxılıb. Məhkəmə müraciətlə bağlı qərar qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti