...

Bakıda polislə jurnalistlər arasında baş verən insident araşdırılır

Cəmiyyət Materials 5 İyun 2013 10:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İ.İzzət/

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) son günlər paytaxtda qanunsuz keçirilməsinə cəhd edilən aksiyalarda polislə jurnalistlər arasında yaşanan anlaşılmazlıqdan narahatlığını ifadə edib.

BŞBPİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məsələlər idarə rəhbərliyinin diqqət mərkəzindədir:

"Hazırda hadisə ilə bağlı araşdırma aparılır və aparılan araşdırmalar başa çatdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək. Qanunu pozanlar cəzasını alacaqlar".

Qeyd edək ki, bəzi KİV-lərdə Türkiyədə İstanbulda Gezi parkının sökülməsinə qarşı başlamış kütləvi nümayişlərə dəstək olaraq Bakıda keçirilən aksiyaları işıqlandırarkən bir sıra jurnalistlərin (ANS TV əməkdaşları Elnarə Məmmədova Firuz Ağayev və RATİ əməkdaşları - Rasim Əliyev və Mehman Hüseynov) hüquq mühafizə orqanları əməkdaşlarının təzyiqinə məruz qaldığı haqda məlumatlar yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti