...

Sabah Azərbaycanın əksər ərazilərində hava küləkli olacaq, küləyin sürəti bəzən güclənəcək

Cəmiyyət Materials 6 İyun 2013 12:55 (UTC +04:00)
Sabah Azərbaycanın əksər ərazilərində hava küləkli olacaq, küləyin sürəti bəzən güclənəcək.
Sabah Azərbaycanın əksər ərazilərində hava küləkli olacaq, küləyin sürəti bəzən güclənəcək

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanın əksər ərazilərində hava küləkli olacaq, küləyin sürəti bəzən güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova cümə axşamı Trend-ə bildirib ki, iyunun 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

İyunun 7-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. İyunun 7-də axşam şərq rayonlarında da qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 24-29 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, iyunun 7-dən 8-i gündüzədək güclü xəzri küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti