...

Həftənin ilk iş günündə hava əsasən yağmursuz keçəcək

Cəmiyyət Materials 9 İyun 2013 14:28 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi yerlərində havanın dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Həftənin ilk iş günündə hava əsasən yağmursuz keçəcək

Azərbaycan, Bakı, 9 iyun /Trend /

Sabah Azərbaycanın bəzi yerlərində havanın dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyun 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 15-20, gündüz 24-29° isti olacaqdır.

Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-70 faiz təşkil edəcəkdir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20°, Türkan, Hövsan, Şıx, Sahildə 20-21° isti olacaqdır.

Azərbaycanın bölgələrində iyunun 10-da hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperatur gecə 13-18°, gündüz 24-29° isti olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti