...

Aynur Sofiyeva: Azərbaycanda erkən nikah problemi hələ də həllini tapmır

Cəmiyyət Materials 11 İyun 2013 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

"Azərbaycanda erkən nikah problemi hələ də ciddi problem olaraq qalmaqdadır, həllini tapmır". Bunu Milli Məclisdə AŞ PA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib.

O qeyd edib ki, artıq bu məsələdə region mövzusu yoxdur: "Statistik olaraq araşdırmışıq ki, bu problem hansısa regionda yox, ölkə üzrə müxtəlif regionları əhatə edir. Təbii ki, burada yenə valideyn məsuliyyəti məsələsi önə çıxır".

A. Sofiyeva digər problem olaraq küçə uşaqları məsələsini də qaldırıb. Onun sözlərinə görə, bu sahədə komitə tərəfindən müvafiq addımlar atılır, monitorinqlər həyata keçirilir. O, eyni zamanda bildirib ki, uşaqların zorla əməyə cəlb edilməsi, uşaq əməyinin istismarı, o cümlədən övladlığa verilən uşaqlarla bağlı monitorinqlər də davam etdirilir: "Yaxın zamanlarda bütün bu monitorinqlər başa çatdırlacaq və əldə olunan nəticələrə uyğun müvafiq tədbirlərə başlanılacaq".

Çərşənbə axşamı Azərbaycan Milli Məclisində "Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir" adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti