...

DİN ailə-məişət zəminində hüquqpozmalarla bağlı statistikanı açıqladı

Cəmiyyət Materials 11 İyun 2013 13:46 (UTC +04:00)
İl ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə daxil olan 40 mindən artıq müraciətin 30 faizi ailə-məişət zəminində olan hüquqpozmalarla bağlıdır.
DİN ailə-məişət zəminində hüquqpozmalarla bağlı statistikanı açıqladı

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

İl ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin "102 zəng xidməti"nə daxil olan 40 mindən artıq müraciətin 30 faizi ailə-məişət zəminində olan hüquqpozmalarla bağlıdır. Trend-in məlumatına görə, bunu jurnalistlәrә Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev bildirib.

O qeyd edib ki, bu ilin son 5 ayı ərazində isə ailə-məişət zəmində uşaqların məruz qaldıqları hüquqpozmalarla bağlı 22 fakt qeydə alınıb. Bura uşaqların döyülməsi, incidilməsi, işgəncəyə məruz qalması və sairə daxildir.

DİN rәsmisi bildirib ki, hüquqpozmalarla bağlı "102"ə siqnal daxil olan kimi dərhal adekvat tədbirlər görülüb, sanksiyalar olub, ölçülər götürülüb və zərərçəkən şəxslərə müvafiq yardımlar göstərilib. İmamverdiyev bildirib ki, ailə-məişət zəmində zorakılıq hallarının profilaktikası və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması DİN tərəfindən daim diqqət mərkəzindədir:

"Təkcə ötən il ailə-məişət zəmində, eləcə də uşaqlarla bağlı törədilən cinayətlər barədə 500-ə yaxın xidməti yoxlamalar aparılıb. Xidməti yoxlamaların nəticələri ilə bağlı aidiyyəti dövlət orqanlarına 200-dən artıq təqdimatlar göndərilib, bunların həlli ilə bağlı həmin təşkilatlar qarşısında məsələlər qaldırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti