...

AMEA-da islahatların davam etdirilməsi üçün konkret plan hazırlanır

Cəmiyyət Materials 12 İyun 2013 15:01 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatların davam etdirilməsi üçün konkret plan hazırlanır. Trend-in məlumatına görə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə bildirib ki, artıq akademiyada struktur islahatları başlayıb.
AMEA-da islahatların davam etdirilməsi üçün konkret plan hazırlanır

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) islahatların davam etdirilməsi üçün konkret plan hazırlanır. Trend-in məlumatına görə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə bildirib ki, artıq akademiyada struktur islahatları başlayıb.

Akademiyada müasir dövrün idarəetmə sistemlərinə uyğun yeni şöbələr yaradılıb. AMEA-da innovasiya, analitik və akademiyanın tarixində indiyə kimi olmayan digər yeni şöbələr yaradılıb: "Akademiyada struktur islahatların dəyişilməsi ilə bağlı ilkin islahatlar aparıldı. Hazırda akademiya islahatlar dövrünün başlanğıc mərhələsini yaşayır. Şübhəsiz ki, islahatlar bundan sonra institutları və elmi-tədqiqat sahələrini əhatə edəcək. Bununla bağlı konkret plan hazırlanır".

İ.Həbibbəylinin sözlərinə görə, struktur islahatlarının aparılmasına yalnız AMEA-da yeni şöbələrin yaradılması kimi baxmaq lazım deyil. Akademiyada idarəetmə sistemi dəyişir və bunlar elmin inkişafına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti