...

Azərbaycanda məcburi dövlət sosial sığorta haqqını xüsusi notariat kontorlarında ödəmək mümkün olacaq

Cəmiyyət Materials 13 İyun 2013 16:58 (UTC +04:00)
Trend-in məlumatna görə, Milli Məclisin Sosial siyasət komitəsinin cümə axşamı keçirilən iclasında bununla bağlı "Sosial sığorta haqqında" qanuna dəyişiklik müzakirə olunub.
Azərbaycanda məcburi dövlət sosial sığorta haqqını xüsusi notariat kontorlarında ödəmək mümkün olacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda məcburi dövlət sosial sığorta haqqını xüsusi notariat kontorlarında ödəmək mümkün olacaq.

Trend-in məlumatna görə, Milli Məclisin Sosial siyasət komitəsinin cümə axşamı keçirilən iclasında bununla bağlı "Sosial sığorta haqqında" qanuna dəyişiklik müzakirə olunub.

Qanunun 14-cü maddəsinə təklif olunan əlavəyə görə, xüsusi notariuslar və vəkillər kollegiyasının üzvləri üçün məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 10 mislinin 25 faizi məbləği - Bakı şəhərində 100 faiz miqdarında, digər şəhər və ya rayonlarda isə 60% miqdarında müəyyənləşəcək.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, bu məbləğ Bakı şəhəri üçün 290 manat, rayonlar üçün 174 manat olacaq.

Rəcəbli qeyd edib ki, artıq Azərbaycanda notariat sahəsində aparılan islahatlar nəticəsində ölkədə dövlət notariat kontorları ilə yanaşı, özəl notariuslar yaradılıb və bu işi onlar da həyata keçirə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti