...

Azərbaycanda gənclər üçün sosial ipoteka ilə bağlı hazırlanan yeniliklər açıqlanıb

Cəmiyyət Materials 14 İyun 2013 12:11 (UTC +04:00)
Trend-in məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, sosial ipoteka ilə bağlı yeni hazırlanacaq qanun layihəsinə olunan təkliflərə görə, gənc ailələrlə yanaşı digər gənclər də ipotekadan yararlana biləcəklər.
Azərbaycanda gənclər üçün sosial ipoteka ilə bağlı hazırlanan yeniliklər açıqlanıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda gənclər üçün sosial ipoteka ilə bağlı hazırlanan yeniliklər açıqlanıb.

Trend-in məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, sosial ipoteka ilə bağlı təkliflərə görə, gənc ailələrlə yanaşı digər gənclər də ipotekadan yararlana biləcəklər:

"Lakin gənc ailələr üçün yaş həddi 35 yaş müəyyənləşirsə, gənclər üçün bu yaş həddi 29-dək şamil ediləcək".

Nazir müavini qeyd edib ki, təkliflərə görə, ipoteka alacaq gənclərin və gənc ailələrin kateqoriyalarının artırılması da nəzərdə tutulur və burada məqsəd ondan ibarətdir ki, həm ipotekanın məbləği artırılsın, həm də ipoteka alacaq gənclərin əhatəsi genişlənsin:

"Hazırda sosial ipoteka üçün ayrılan vəsait bütün gənc ailələrin mənzil problemini əhatə etmir. Eyni zamanda, bir gənc üçün ayrılan vəsait azdır. İpoteka kreditinin həcmi 35 min manat idi, sonradan 50 min manata qaldırıldı, indi isə bu məbləğin 70 min manata qaldırılması gözlənilir".

Sosial ipotekanın faiz dərəcəsi ilə bağlı məsələyə toxunan nazir müavini bildirib ki, hazırda sosial ipoteka illik 4 faizlə müəyyənləşdirilib və bu rəqəmin xeyli azaldılacağını hesab etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti