...

Taksim meydanında "hərəkətsiz" etiraz - O məşhur tramvay işə düşdü

Cəmiyyət Materials 18 İyun 2013 23:21 (UTC +04:00)
Bu arada İstiqlal küçəsində turistlər tərəfındən də tez-tez istifadə edilən nostalji tramvay "səfərlərinə başlayıb".
Taksim meydanında "hərəkətsiz" etiraz - O məşhur tramvay işə düşdü

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Taksim meydanında bir neçə nəfərdən ibarət qrup etiraz əlaməti olaraq bir müddət hərəkətsiz dayanıblar.

Trend "Anadolu" agentliyinə istinadən məlumat verir ki, qrupdakıların bir hissəsi Atatürk Mədəniyyət Mərkəzinə doğru baxarkən, digərləri üzünü Gezi parkı istiqamətinə çevirib.

Polis işçiləri etirazçıların ətrafında hər hansı bir hadisəyə qarşı hazır vəziyyətdə dayanıblar. Yerli və xarici KİV nümayəndələri isə etirazı maraqla qarşılayıblar.

Etirazlarını davam etdirən qrupa ətrafdakı insanlar alqışlarla dəstək verib. Turistlər də etirazı maraqla izləyiblər.

Bu arada İstiqlal küçəsində turistlər tərəfındən də tez-tez istifadə edilən nostalji tramvay "səfərlərinə başlayıb".

Xəbər lenti

Xəbər lenti