...

BMT-yə daxil olan təşkilatlarla Azərbaycan arasında birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib

Cəmiyyət Materials 25 İyun 2013 19:05 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə olan BMT baş katibinin Qlobal Tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi, eyni zamanda Qlobal Tərəfdaşlıq Forumunun rəhbəri Amir Dossal ilə görüşüb.
BMT-yə daxil olan təşkilatlarla Azərbaycan arasında birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə olan BMT baş katibinin Qlobal Tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi, eyni zamanda Qlobal Tərəfdaşlıq Forumunun rəhbəri Amir Dossal ilə görüşüb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, N.İbrahimov A.Dossalı salamlayaraq onu yenidən Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. A.Dossal, öz növbəsində, bu ilin mayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi I Cənubi Qafqaz Forumunun yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edib, Azərbaycan Prezidentinin Foruma xüsusi diqqət göstərməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Daha sonra tərəflər BMT strukturuna daxil olan təşkilatlarla Azərbaycan arasında müxtəlif səpkidə və müstəvidə birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Nazim İbrahimov və Amir Dossal Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin sentyabr ayında Bakıda keçiriləcək iclasına hazırlıqları barədə də fikir mübadiləsi aparıblar.

Görüşdə BMT baş katibinin xüsusi nümayəndəsi həm dahi Azərbaycan şairi Nizami Gəncəvinin, həm də Azərbaycanın qlobal müstəvidə tanıdılması üçün dəstək göstərəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti