...

ABŞ mübadilə proqramlarının məzunlarının şərəfinə qəbul keçirilib

Cəmiyyət Materials 2 İyul 2013 19:36 (UTC +04:00)
Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin iqamətgahında ABŞ hökumətinin mübadilə proqramlarında iştirak edənlərin şərəfinə qəbul keçirilib.
ABŞ mübadilə proqramlarının məzunlarının şərəfinə qəbul keçirilib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Mehdiyev/

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin iqamətgahında ABŞ hökumətinin mübadilə proqramlarında iştirak edənlərin şərəfinə qəbul keçirilib.

Trend-in məlumatına görə, tədbirdə 250 nəfərə yaxın qonaq, o cümlədən FLEX, UGRAD və "Fulbrayt" proqramlarının finalçıları, eləcə də müxtəlif ABŞ mübadilə proramlarının məzunları iştirak ediblər.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar qeyd edib ki, bu məzunlar Azərbaycan cəmiyyətinin ən parlaq və ziyalı nümayəndələrinin bir hissəsini təşkil edirlər.

Səfir bildirib ki, ABŞ-dan Azərbaycana qayıdan məzunlar uğur əldə ediblər və onlardan gözləntilər çoxdur: "Mübadilə proqramlarının məzunları Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da gücləndirilməsində mühüm rol oynayırlar".

R.Morninqstar vurğulayıb ki, məzunlar Azərbaycanın çiçəklənməsində və inkişafında önəmli rola malikdirlər: "ABŞ ilə Azərbaycan arasında təhsil sahəsində bir sıra mübadilə proqramları həyata keçirilir ki, bu da iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir".

Səfir "Fulbrayt" proqramında iştirak edən tələbələrə və təqaüdçülərə, eləcə də məzunlar üçün kiçik qrant proqramının qaliblərinə ABŞ Dövlət Departamentinin proqramını müvəffəqiyyətlə bitirmə sertifikatları təqdim edib.

Qəbul mərasiminin yekununda Azərbaycanda səfərdə olan ABŞ-ın "Filligar" rok qrupu konsert proqramı ilə çıxış edib. Qeyd edək ki, bu musiqi qrupunun üzvləri ABŞ Dövlət Departamentinin incəsənət elçiləri adlı proqramının himayəsi altında Azərbaycanda səfərdədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti