DİN-in Polis Akademiyasında 2012-2013-cü tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib

DİN-in Polis Akademiyasında 2012-2013-cü tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İzzət/

İyulun 5-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2012-2013-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Məzunların valideynlərinin də qatıldıqları tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə daxili işlər nazirinin qarşılanma mərasimi olub. Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev şəxsi heyətin təntənəli tədbirə hazır olması barədə general-polkovnik Ramil Usubova raport verib. Sonra cənab nazir Polis Akademiyasının sıra meydanında düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisə münasibətilə təbrik edib. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.

Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev bu ali polis təhsili ocağının keçdiyi yol, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, daxili işlər orqanları üçün yüksək ixtisaslı zabit kadrların hazırlanması istiqamətində son illər görülmüş işlər barədə ətraflı çıxış edib.

Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş polis baş leytenantı Vüqar Nağıyev onlara göstərilən diqqət və qayğıya görə, dövlət başçısına, DİN rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlığını bildirib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2012-2013-cü tədris ilinin buraxılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb, Azərbaycan Polisinin yaranmasının 95 illik yubileyinə həsr olunmuş mərasimdə möhtərəm dövlət başçımızın iştirakının və proqram xarakterli nitq söyləməsinin, asayiş keşikçilərinin cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin təmini yönündəki fəaliyyətini növbəti dəfə yüksək qiymətləndirməsinin qürurverici məqam, daxili işlər orqanlarına göstərilən ali diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib, bunun şəxsi heyəti böyük uğurlara ruhlandırdığını, eyni zamanda, onun qarşısında daha məsul vəzifələr qoyduğunu vurğulayıb.

Nazir qeyd edib ki, xalqın təkidli tələbi ilə ulu öndərin ali hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, hüquq-mühafizə fəaliyyəti sahəsində də köklü hüquqi-demokratik islahatlar həyata keçirilib, onun rəhbərliyi altında artıq müstəqil Azərbaycana xidmət missiyasını yerinə yetirməyə başlayan güc strukturları, o cümlədən daxili işlər orqanları formalaşıb, ölkəmizdə sabitlik bərqərar olub, kriminogen durum tam nəzarətə götürülüb.

Bildirilib ki, ümummilli liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin qüdrətlənməsi, vətəndaşlarımızın rifah halının yaxşılaşması üzrə həyata keçirdiyi davamlı tədbirlər Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynayıb, möhtərəm dövlət başçımızın ali diqqət və qayğısı sayəsində sahəvi xidmətlərin, orqan və hissələrin yeni məlumat və axtarış texnologiyaları, avadanlıq və vasitələr ilə təmin olunması, şəxsi heyətin sosial müdafiəsinin möhkəmləndirilməsi, iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılıb.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin kadrların hazırlanması işinə hər zaman xüsusi önəm verdiyini, nitq və çıxışlarında gənc kadrların hazırlanması prosesini gələcəyimizi şərtləndirən mühüm amillərdən biri kimi vurğuladığını xatırladıb. Qeyd olunub ki, xarici dövlətlərin hüquq-mühafizə strukturları ilə əməkdaşlıq çərçivəsində hər il onlarca gənc Türkiyənin Polis və Hərbi akademiyalarına, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq universitetlərinə, Böyük Britaniyanın, Çin Xalq Respublikasının və digər dövlətlərin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir. Kadr hazırlığı prosesinə xüsusi diqqət və qayğının nəticəsidir ki, indi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların tərkibində hüquqşünasların xüsusi çəkisi 80 faizədək yüksəlib.

Müdavimlərin beş il Polis Akademiyasında mükəmməl təhsi aldıqlarını, müxtəlif biliklərə yiyələndiklərini nəzərə çatdıran nazir bu bilik və vərdişlərin praktikada uğurlu tətbiqinə, Azərbaycan Polisinin gələcəyi olan məzunların DİO-nun ən yaxşı ənənələrini davam etdirəcəklərinə əminliyini bildirib, onlara vətənə məhəbbət, dövlətə sədaqətlə xidmət etməyi və Prezidentin ətrafında hər zaman sıx birləşməyi tövsiyyə edib, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulaıyıb.

Sonra daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara diplomları təqdim edib.
Akademiyanı fərqlənmə diplomu ilə başa vurmuş Elnur Mustafayev rəmzi xatirə lövhəsini yaş kötüyünə vurub.
Daha sonra Akademiyanın döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər "Azərbaycan Polisi" marşını ifa ediblər.

Tədbir şəxsi heyətin nizami addımlarla tribunanın qarşısından keçməsi ilə başa çatıb.

Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır - Turizm Bürosu
Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır - Turizm Bürosu
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Loading Bars
Xəbər lenti
Cəbhəboyu ərazilərdə 20 mina, 282 ədəd partlamamış hərbi sursat aşkarlanıb - ANAMA (FOTO)
Futbol üzrə İspaniya çempionatında "Atletiko" "Valensiya"nı məğlub etdi
Qanada avtobus qəzasında ən az 6 nəfər ölüb
Ərdoğan Nigeriya sahillərində qaçırılan gəminin kapitanı ilə telefonla danışıb
İngiltərə Kuboku: "Mançester Yunayted "Liverpul"u məğlub etdi
Bu sahələrin fəaliyyəti bərpa olundu
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub
Bu gündən bərbərxanalar və gözəllik salonları açılır
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Bakıda fərdi evdə yanğın olub
ÜST: Dünyada koronavirus qurbanlarının sayı 2,11 milyonu ötüb
SpaceX 140-dan çox peyki daşıyan raketi orbitə çıxarıb
İran xarici işlәr naziri Bakıya gəlib
ABŞ-da koronavirus qurbanlarının sayı 417 mini keçib
Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb
Niderland polisi dünyada ən çox axtarılan narkobarnlardan birini həbs edib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Ermənistandakı xaos artıq kifayət qədər dərinləşib - ŞƏRH
Antarktida sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Çində qəza baş vermiş qızıl mədənindən 11 nəfər çıxarılıb
Füzuli rayonunun Aşağı Aybasanlı kəndi (FOTO/VİDEO)
"MOZART" konteyner gəmisi Qabon sahillərinə çatıb
"Quşçu" palçıq vulkanındakı püskürmə zamanı xaric olunmuş vulkan məhsulunun sahəsi 3 hektar ərazini əhatə edir - Dövlət Qoruğunun direktoru (VİDEO)
Qubada karantin postunda saxlanılan şəxsin nəqliyyat vasitəsindən nərə balıqları aşkarlandı
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Gəncədə azyaşlı bağlı qapı arxasında qalıb
Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır - XİN
İranda koronavirusdan daha 89 nəfər ölüb
Azərbaycanda son sutkada 568 nəfər COVID-19-dan sağalıb, 287 nəfər yoluxub, 10 nəfər vəfat edib
Portuqaliyada prezident seçkilərində sesvərmə başlayıb
Kəlbəcər rayonunun Comərd kəndi (FOTO/VİDEO)
Mövlud Çavuşoğlu: “MV Mozart” gəmisi limana daxil olan kimi azərbaycanlı mühəndisin cənazəsi Vətəninə göndəriləcək
Qazi və ailəsi sosial dəstəklə təmin olunur
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib
Təhsil naziri Emin Əmrullayev Beynəlxalq Təhsil Günü ilə bağlı paylaşım edib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
İstixana sahiblərinə güzəşt olunacaq - "Azəriqaz"
Qobustan Qoruğu ziyarətçilər üçün açılır
Ötən il Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Füzuli rayonunun Aşağı Veysəlli kəndi (FOTO/VİDEO)
Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib
Porye "UFC 257" turnirinin əsas döyüşündə Makqreroru məğlub edib
Gömrük Akademiyasının yaranmasının 9 ili tamam olur
Meksikada naməlum şəxslər 19 nəfəri öldürərək yandırıblar
Peyvəndləmənin effektivliyi neftin 60 dollara qədər bahalaşmasına imkan verəcək - Proqnoz
İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfərə çatır
Fransada ötən sutka koronavirusa 23 mindən çox yoluxma qeydə alınıb
Misirdə koronavirusa qarşı kütləvi vaksinasiya başlayır
Pentaqonun yeni rəhbəri britaniyalı həmrakı ilə Rusiya və Çini müzakirə edib
İtaliyada koronavirusdan ölənlərin sayı 85 min nəfəri ötüb
Portuqaliyada prezident seçkiləri keçiriləcək
Britaniyada bir sutkada koronavirusdan 1 348 nəfər ölüb
Çili sahillərində 7 bal gücündə zəlzələ olub
Kolumbiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb
Türkiyədə koronavirusdan sağalanların sayı 2,3 milyon nəfəri ötüb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumunu müzakirə ediblər
Fransada 1 milyon nəfər koronavirusa qarşı peyvənd olunub
Dəniz quldurları Türkiyəyə məxsus gəmini ələ keçiriblər, bir azərbaycanlı öldürülüb
Lənkəranda 14 yaşlı oğlan itkin düşüb, FHN axtarışlara başlayıb
Prezident İlham Əliyevin iqtisadi strategiyasının növbəti uğuru: "Dostluq" anlaşması - Həftənin Hadisəsi
Xızıda qarlı yolda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 600 mindən çox artıb
Nizami küçəsinin daimi "sakinləri": Karantin rejimi bir onlara təsir etməyib (VİDEO)
Nigeriyada qaz daşıyan avtomobil partlayıb, 30 nəfər ölüb
Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
İspaniyada zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb
İran Fars körfəzində təhlükəsizlik və neft mövzularında ABŞ ilə əməkdaşlıq edə bilər - Zərif
Amerikalı telejurnalist Larri Kinq vəfat edib
Qətərdə koronavirusa yoluxanların sayı 150 min nəfərə çatır
Əlahiddə Ümumqoşun Orduda bir qrup hərbi qulluqçuya vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib (FOTO/VİDEO)
Şuşaya qalib kimi gəlmişik - Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada (ÖZƏL)
Şahbuz rayonunda zəlzələ olub
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub (FOTO)
Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? - FHN
Kəlbəcər rayonunun Qamışlı kəndi (FOTO/VİDEO)
Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə Qubadlı və Xocavənddə hərbiçilərimizə zəruri ərzaq məhsulları göndərilib (VİDEO)
Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiqləndi
Qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verilir
Qaradağ rayonunda böyük iməcilik keçirildi (FOTO)
Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir: Müşahidə Şurası yaradıldı - FƏRMAN
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürüb
Tərtərdə karantin rejimini pozan çayxana aşkarlanıb
İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi
Evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
ABŞ sakini lotereyada 1 milyard dollar udub
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub
İranda 6 mindən çox şəxs koronavirusa yoluxub
Bakı aeroportunda qızıl qaçaqmalçısı tutuldu (FOTO) (VİDEO)
Vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlandı
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu (FOTO)
Azərbaycanda yeni qanun layihəsi hazırlanır
Cəbrayıl rayonunun Aşağı Maralyan kəndi (FOTO)
Paytaxtda təmizliklə bağlı iməclik keçirilib (FOTO)
Bütün xəbərlər