...

Taksimdə yenidən polis müdaxiləsi olub

Cəmiyyət Materials 6 İyul 2013 23:14 (UTC +04:00)
Taksimdə yenidən polis müdaxiləsi olub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə polisi İstanbulun mərkəzi meydanı sayılan Taksim meydanında təşkil olunan etiraz aksiyasını yatırmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib.
Taksimdə yenidən polis müdaxiləsi olub

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Taksimdə yenidən polis müdaxiləsi olub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə polisi İstanbulun mərkəzi meydanı sayılan Taksim meydanında təşkil olunan etiraz aksiyasını yatırmaq üçün gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Şəhərin rəsmi qurumlarının aksiyaları yatıracağı barədə xəbərdarlıqlarına baxmayaraq, Taksim meydanına yenidən minlərlə insan toplaşıb.

Məlumata görə, etirazçilar polislə əhatə olunmuş Gezi Parkına girməyə cəhd ediblər.

Aksiya təşkilatçılarının sözlərinə görə, bu addımla onlar hakimiyyətə məhkəmənin 3 iyul tarixli qərarını yada salmaq niyyətində olublar.

Xatırladaq ki, məhkəmənin qərarı ilə Gezi Parkının yenidənqurma layihəsi ləğv olunub.

Xəbər lenti

Xəbər lenti