Azərbaycan, Bakı, 8 iyul /Trend/
Binəqədi rayon İcra Hakimiyyəti 22 iyul - Mətbuat Günü münasibətilə jurnalistlər arasında müsabiqə elan edib.
İcra Hakimiyyərindən Trend-ə verilən məlumata görə, "Binəqədi rayonu - mətbuatın gözü ilə" adlı reportaj və yazı müsabiqəsində iştirak etmək üçün efirə getmiş sujeti və ya mətbuatda dərc edilmiş məqaləni 18 iyul 2013-cü il tarixinədək "[email protected]" elektron poçt ünvanına göndərmək olar.
Məlumata görə, müsabiqədə qalib gələn ilk 5 sujet və məqalə sahibləri hər nominasiya üzrə mükafatlandırılacaq.