Azərbaycan, Bakı, 10 iyul / Trend /
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Abşeron, Masallı, Göyçay və Yevlaxda təqdimatlar keçirir. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu iyunun 27-də növbəti qrant müsabiqəsini elan edib. Bununla əlaqədar olaraq Respublikanın bir sıra şəhər və rayonlarında region gəncləri üçün müsabiqə şərtləri və müraciət qaydaları barədə təqdimatlar keçirilir.
Növbəti günlərdə təqdimatlar Sumqayıt, Bərdə, Ağcabədi, Gəncə, Xaçmaz, Şəmkir, Quba və Qazaxda keçiriləcək.
Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov və Fondun əməkdaşları Mübariz Qədirov və Ramin Cəfərov tərəfindən keçirilən təqdimatlar artıq Şamaxı (Mərəzə, Ağsu), Şirvan (Sabirabad, Hacıqabul), Qəbələ (İsmayıllı), İmişli (Saatlı, Beyləqan), Şəki (Oğuz), Biləsuvar (Salyan, Neftçala), Zaqatala (Balakən, Qax) və Lənkəranda (Astara, Lerik) baş tutub. Region gənclərinin böyük marağına səbəb olan təqdimatlar gənclərin suallarının cavablandırılması ilə davam edib. Qeyd edək ki, regional mərkəz olaraq seçilmiş şəhərlərdə qonşu bölgələrin də gəncləri iştirak edirlər.