...

Ədliyyə orqanlarına qulluğa qəbul olmaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 10 İyul 2013 18:09 (UTC +04:00)
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı imtahandan keçmiş namizədlər növbəti mərhələyə buraxılıblar.
Ədliyyə orqanlarına qulluğa qəbul olmaq istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İzzət/

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı imtahandan keçmiş namizədlər növbəti mərhələyə buraxılıblar.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı 2013-cü ilin iyun ayının 9-da keçirilmiş test imtahanının nəticələrinə görə uğur qazanmış namizədlərin sənədlərinin toplanması və yoxlanılması başa çatıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılıblar.

Namizədlərlə Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət keçirilməsinə 2013-cü ilin iyul ayının 16-dan etibarən başlanılması qərara alınıb.

Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə qaydalara müvafiq olaraq söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

Xatırladırıq ki, qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti