...

İsrailin Azərbaycandakı səfirliyini partlatmağa cəhddə təqsirli bilinən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib

Cəmiyyət Materials 11 İyul 2013 14:27 (UTC +04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində dövlətə xəyanət və terrorda təqsirli bilinən Cəlilabad rayon sakinləri - İbrahim Sadıqov, Azər Nəzərov və Fariz Bayramovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
İsrailin Azərbaycandakı səfirliyini partlatmağa cəhddə təqsirli bilinən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Apelyasiya Məhkəməsində dövlətə xəyanət və terrorda təqsirli bilinən Cəlilabad rayon sakinləri - İbrahim Sadıqov, Azər Nəzərov və Fariz Bayramovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Nəzərov 12 il, İbrahim Sadıqov 11 il, Fariz Bayramov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilənlər Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının ötən ilin aprelində keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs ediliblər. İran İnqilab Keşikçiləri Korpusu - "Sepah" təşkilatı tərəfindən ələ alınan dəstə üzvləri İsrailin Azərbaycanda yerləşən səfirliyini partlatmağa cəhd ediblər. Lakin MTN-in Bakıda keçirilməsi nəzərdə tutulan "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində keçirdiyi əməliyyatlar nəticəsində qeyd olunan terrorun qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti