...

Bakı yol polisindən sürücülərə xəbərdarlıq

Cəmiyyət Materials 16 İyul 2013 11:05 (UTC +04:00)
Yol polisi Bakıda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istirahət yerlərində, xüsusən də çimərliklərə gedən və əks istiqamətdəki yollarda nəzarəti gücləndirib.
Bakı yol polisindən sürücülərə xəbərdarlıq

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İzzət/

Yol polisi Bakıda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istirahət yerlərində, xüsusən də çimərliklərə gedən və əks istiqamətdəki yollarda nəzarəti gücləndirib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, son bir neçə gündə sürət həddini aşan, polisə tabe olmayan, avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər aşkar edilərək məsuliyyətə cəlb ediliblər.

Əsədov onu da əlavə edib ki, paytaxtın mərkəzi hissələrində, xüsusən də günün qaranlıq vaxtında avtomobillərin qeyri-qanuni olaraq Neftçilər prospektində sağ və sol tərəfdə dayanması yolun daralmasına səbəb olur ki, bu da prospekt boyunca nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneə yaradır: "Ona görə də "Azneft" meydanından başlayaraq Dənizkənarı Bulvar boyu Neftçilər prospektində nəzarət gücləndirilib. Burada dayanmanı və durmanı qadağan edən nişanların təsir zonasında dayanmış avtomobil sürücülərinə qarşı paralel ciddi tədbirlər görülür".

Qeyd edək ki, 2013-cü ilin 6 ayı ərzində paytaxt Bakıda 490 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 160 nəfər ölüb, 506 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə paytaxtda baş verən yol qəzalarının sayı 2,6% azalıb, ölüm faktı 22%, yaralıların sayı isə 9% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti