...

Lənkəranda doğulan əkiz, üçəm, dördəm uşaqların sayı artıb

Cəmiyyət Materials 18 İyul 2013 15:29 (UTC +04:00)
Son illər Lənkəranda əkiz uşaqlarla yanaşı, üçəm, hətta dördəm doğuşların sayı artıb.
Lənkəranda doğulan əkiz, üçəm, dördəm uşaqların sayı artıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İzzət/

Son illər Lənkəranda əkiz uşaqlarla yanaşı, üçəm, hətta dördəm doğuşların sayı artıb.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, bu barədə Lənkəran Rayon Mərkəzi xəstəxanasının baş həkim müavini Əbülfət Məmmədov bildirib.

Baş həkimin müavininin sözlərinə görə, bunun əsas səbəbi süni mayalanma hallarının artması ilə bağlıdır:

"Yeni doğulan uşaqlar arasında oğlanlar çoxluq təşkil etdiyi kimi, əkiz uşaqlar arasında da oğlanlar üstünlük təşkil edir. Xüsusən süni mayalanma ilə doğulan uşaqlarda cinsiyyət seçimi etmək mümkün olduğundan oğlan uşaqlarının dünyaya gəlməsi faktı daha çoxdur."

O, qedy edib ki, rayonda bu ilin ilk 5 ayında 18 əkiz uşaq dünyaya gəlib ki, onların hamısı təbii mayalanmadan doğulub və eyni yumurtadan olan əkizlərdir. Əkizlərin bir-birindən o qədərdə fərqlənmədiyini deyən həkim əlavə edib ki, təbii mayalanma ilə doğulan əkizlər daha sağlam və daha fəal olurlar.

Əkiz uşaqların sayının artmasının səbəblərindən bəzilərinin irsiyyət və ekoloji mühitin təsiri ilə bağlı olduğunu deyən Məmmədov əkiz uşaqların doğulma ehtimalına da aydınlıq gətirib:

"Əgər nəsildə, ailədə əkiz uşaq nə vaxtsa doğulubsa, sonrakı nəsillərdə də əkiz övladın olması gözləniləndir. Bir çox hallarda əkiz doğulan qadınların özləri də sonradan əkiz övladlar dünyaya gətitilər. Hətta uzun illər övladı olmayanlar belə əkiz övlada sahib ola bilirlər."

Qeyd edək ki, ümumiyyətlə Azərbaycanda son 5 ildə doğulan əkizlərin sayı artıb. Cari ilin birinci yarısında isə ölkədə 83,1 min, yaxud hər gün orta hesabla 459 körpə doğulub ki, onların da 876-ı əkiz, 15-i isə üçəm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti