Azərbaycan, Bakı, 23 iyul/Trend, müxbir A. Tağıyeva/
Türkiyənin "Aselsan" hərbi-sənaye şirkətinin mütəxəssisləri müxtəlif növ bombaların zərərsizləşdirilməsi üçün robot hazırlayıb. Bu barədə Trend çərşənbə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.
Məlumata görə, "Qaplan" adlı robotun sınaqdan keçirilməsi ABŞ-ın hərbi bazasında aparılıb. Uğurlı sınaqdan sonra "Qaplan" NATO-nun satınalma siyahısına daxil edilib.
Robot 500 metr məsafədə şübhəli obyekti öyrənmək qabiliyyətinə malikdir. Bundan başqa, "Qaplan" mənfi 30-dan müsbət 69 temperatur diapazonunadək iş görə bilir. Digər tərəfdən, robot akkumlyator batareyalarını dəyişmədən 15 kilometr məsafəni qət edə bilər.