Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Məmmədov/
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və israf etməkdə təqsirli bilinən "Atropatena" Qapalı Səhmdar Cəmiyyətinin mühasibi Seymur Musayev və şirkətin daha 9 əməkdaşının cinayət işi üzrə məhkəmə başlayıb.
Trend-in məlumatına görə, təqsirləndirilən şəxsin cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli biliblər.
Məhkəmə iclası iyulun 30-da davam etdiriləcək.
İttihama görə, "Atropatena" şirkətinin audit şöbəsinin mühasibi Seymur Musayev şirkətin satış nümayəndələri Emil Əfəndiyev, Orxan İbrahimov, Nuqzar Ömərov, Ruslan Vəliyev, Natiq Yusifov, Ramil Feyziyev, Müşfiq Əzməmmədov, Zamiq Rüstəmov və Həsən Gülverdiyevlə cinayət əlaqəsinə giriblər. Onlar şirkətə məxsus 4 milyon manatdan artıq dəyərində pulu mənimsəyiblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.
Şirkətdən 4 milyon manatdan artıq pulu oğurlayan şəxslərin məhkəməsi başladı