...

Azərbaycan Ağ Evdə təşkil edilmiş iftar mərasimində təmsil olunub

Cəmiyyət Materials 27 İyul 2013 05:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların Prezidenti Barak Obamanın dəvəti ilə Ağ Evdə təşkil edilmiş iftar mərasimində iştirak edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə diplomatik korpusun nümayəndələri, eləcə də müsəlman icmasının üzvləri iştirak ediblər.

Tədbir zamanı Prezident Barak Obama ABŞ-ın müsəlman dövlətləri və xalqları ilə dost münasibətlər saxladığını və cəmiyyətdə dini və etnik rəngarəngliyin təcəssümü olan adət-ənənələrə hörmətlə yanaşdığını qeyd edib.

Qeyd edək ki, bundan əvvəl dövlət katibi Con Kerri tərəfindən verilmiş iftar məclisində də Azərbaycan təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti