...

Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir

Cəmiyyət Materials 1 Avqust 2013 17:38 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə (orta ixtisas məktəbi) qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir.
Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir M.Əliyev/

Türkiyə Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə (orta ixtisas məktəbi) qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xətti ilə 2013/2014-cü tədris ili üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının gizir feldşer məktəbinə (orta ixtisas məktəbinə) iki illik təhsil proqramı üzrə müsabiqə elan edilir.

Müsabiqədə 2013-cü ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 300-dən yüksək bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqədə iştirak edənlər arasından 1 nəfər gəncin seçilib iki il müddətinə Akademiyanın gizir feldşer məktəbinə (orta ixtisas məktəbinə) göndərilməsi nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək istəyənlər avqustun 2-dən 7-dək hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək TQDK-ya (ünvan: Akademik Həsən Əliyev küçəsi, 17; tel: (012) 440 30 09 ; email: [email protected]) müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti