...

Millət vəkili seçiciləri qəbul edib

Cəmiyyət Materials 6 Avqust 2013 12:05
Avqust ayının 5-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edib. İsmayıllı şəhərində yerləşən ofisində sakinləri qəbul edib və onların problemləri ilə maraqlanıb.
Millət vəkili seçiciləri qəbul edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 avqust /Trend /

Avqust ayının 5-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edib. İsmayıllı şəhərində yerləşən ofisində sakinləri qəbul edib və onların problemləri ilə maraqlanıb. Bir neçə məsələ ilə bağlı müvafiq addımlar atılıb. Qəbuldan sonra millət vəkili rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovla birgə müasir üslubda inşa edilmiş və bütün lazımi avadanlıqlarla təchiz olunmuş, xeyir və şər məclisləri üçün nəzərdə tutulmuş yeni binanın açılışında iştirak edib.

Açılışdan sonra rayon İcra Hakimiyyəti başçısının sakinlər üçün təşkil etdiyi iftar süfrəsində olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti