...

TQDK 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlayıb

Cəmiyyət Materials 21 Avqust 2013 10:07 (UTC +04:00)
Tələbə Qəbulıu üzrə Dövlət Komissiyası 2013-2014-cü təsdris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb.
TQDK 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlayıb

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulıu üzrə Dövlət Komissiyası 2013-2014-cü təsdris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, abituriyentlər TQDK-nın saytındakı müvafiq sistemə daxil olaraq, "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Abituriyentlər bu sənədi əldə etmədən imtahana buraxılmayacaqlar.

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 25-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti