Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İsabalayeva/
Bu il ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında rekord sayda abituriyentin iştirakı gözlənilir. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
M.Abbaszadənin sözlərinə görə, avqustun 25-də 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək. İmtahanda iştirak etmək üçün 39551 abituriyent ərizə təqdim edib. Onlardan 15986 nəfəri oğlanlar, 23565 nəfəri qızlar təşkil edir. Orta ixtisas təhsili müəssisələrinə sənəd verən 38540 abituriyent Azərbaycan bölməsi, 1011 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verən abituriyentlərin 283 nəfəri orta ixtisas təhsili müəssisələrinin məzunu olmuş şəxslər, 47 nəfəri isə ali təhsillidir.114 abituriyent xarici ölkə vətəndaşıdır. ən yaşlı abituriyent 1965-ci, ən gənc abituriyent 2001-ci il təvəllüdlüdür.
Qəbul imtahanı avqustun 25-də mərkəzləşdirilmiş qaydada respublikanın 12 şəhərində-Bakı, Naxçıvan, Gıncə, Sumqayıt, Mingəcdevir, Şəki, Ağcabədi, Göycay, Şirvan, Salyan, Lənkəran, Tovuz, Masallıda və Xacmazda keçiriləcək. İmtahanınkeçirilməsxi üçün ümumilikdə 71 imtahan mərkəzi, 351 imtahan rəhbri , 3314 nəzarətçi-müəllim ayrılıb.