...

Baş katib: ASAIF-in yay forumunun məqsədi tələbə və məzunlar arasında şəbəkələşmə prosesini gücləndirməkdir

Cəmiyyət Materials 23 Avqust 2013 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu il ASAIF-in (Xaricdə Təshil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) yay forumunda 45-dən çox ölkədən 600-ə yaxın tələbə və məzunun iştirakı planlaşdırılır.

ASAIF-in (Xaricdə Təshil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) Baş katibi Vüsal Qurbanov Trend-ə bildirib ki, forumda bu il dövlət proqramı ilə təhsil alacaq hər bir gənc ərizə formasını doldurmadan iştirak edə biləcək.

ASAIF-in hər il belə forumlar keçirməkdə məqsədi tələbə və məzunlar arasında şəbəkələşmə prosesini gücləndirmək, xaricdə məzun olmuş gənclərin məzun olacaq insanlarla təcrübə mübadiləsi aparmaq, Azərbaycanda baş verən dəyişikliklər, məzun olmuş gənclərin işlə bağlı problemlərinin həlli, diaspor və lobbiçilik fəaliyyətində yeni istiqamətlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların xarici ölkələrdə təbliğ olunmasıdır:

"Hər il olduğu kimi bu il də yeni simaların, xaricdə təhsil alan və ya məzun olmuş yeni gənc dostlarımızı tanımaq, onların xaricdəki fəaliyyətləri haqqında məlumat almaq bizim üçün çox əhəmiyyətlidir. Hər il ASAIF-in sıralarından çıxan fəal gənclərimiz çox qısa zamanda cəmiyyətdə öz yerini tapırlar. Bu da forumun gənclərə yaratdığı ən gözəl platformadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti