...

Azərbaycanın orta məktəbləri və bağçalarında qidalanma üzrə dövlət standartlarına ciddi nəzarət ediləcək

Cəmiyyət Materials 27 Avqust 2013 11:47 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində və bağçalarda sentyabrın 2-dən tətbiq ediləcək “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinin icra edilməsinə sərt şəkildə nəzarət ediləcək.
Azərbaycanın orta məktəbləri və bağçalarında qidalanma üzrə dövlət standartlarına ciddi nəzarət ediləcək

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində və bağçalarda sentyabrın 2-dən tətbiq ediləcək "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın tələblərinin icra edilməsinə sərt şəkildə nəzarət ediləcək. Trend-in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov bildirib.

O qeyd edib ki, bu müəssisələrdə qidaların standartlara uyğun olmamasından narazı qalan şəxslər komitəyə və komitənin regionlardakı nəzarət idarələrinə müraciət edə bilərlər.

Ə.İmanovun sözlərinə görə, "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı"nın Azərbaycanın təhsil müəssisələrində və təhsil müəsssisələri üçün qidalanmanı təşkil edən müəssisələrdə icra edilməsi məcburidir.

Standartların tələblərini çox sərt hesab edən Ə.Imanov bildirib ki, nəzarət tədbirləri müəssisələrdə əsasən, bir ildən bir keçirilir. Ancaq şikayətlər daxil olduqda, həmin müəssisədə yoxlamanın nə zaman aparılmasından asılı olmayaraq, orada təkrar yoxlama aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti